• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Kiyevdə dayanacaqda yanğın baş verib

DÜNYA

28 Noyabr 2026 | 19:36 | Müəllif: Günəş Mərd

Kiyevdə dayanacaqda yanğın baş verib

Kiyevin Şevçenkivski rayonunda yerləşən dayanacaqda yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hadisə yerinə təcili yardım xidmətləri göndərilib. Mer yanğının səbəbinin dron qalıqlarının düşməsi ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, bundan bir neçə saat əvvəl Kliçko Kiyevdə mühüm infrastruktur obyektinə zərbə endirildiyini açıqlamışdı. O, şəhərin bəzi ərazilərində elektrik enerjisi və su təchizatında fasilələrin yarana biləcəyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026