• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kabarda-Balkarda qar uçqunu: Ölü sayı 13-ə çatdı

CƏMİYYƏT

09 Sentyabr 2026 | 15:40 | Müəllif: Əli Hüseynov

Kabarda-Balkarda qar uçqunu: Ölü sayı 13-ə çatdı

Kabarda-Balkarın Bezengi dərəsindəki Mijirgi dağında baş vermiş qar uçqunu ərazisində aparılan axtarış-xilasetmə tədbirləri zamanı daha bir alpinistin cəsədi aşkarlanıb və bununla da həlak olanların sayı 13 nəfərə çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti xəbər yayıb.

Xəbərdə bildirilib ki, mütəxəssislər bir alpinistin meyitini tapıblar. Hazırda dörd nəfərin taleyi barədə heç bir məlumat yoxdur. Təhlükəli relyef və qar-buz kütləsinin yenidən çökmə riski axtarış işlərini çətinləşdirir.

Sentyabrın 9-da səhər saatlarında Bezengi dərəsində xilasetmə əməliyyatları bərpa edilib. İtkin düşən alpinistlərin axtarışına ümumilikdə 41 xilasedicidən ibarət qrup cəlb olunub.

Xatırladaq ki, sentyabrın 6-da axşam saatlarında Kabarda-Balkardakı Mijirgi dağından gələn uçqun marşrut üzrə hərəkət edən 33 nəfərlik alpinist qrupunun üzərinə düşüb. Bundan əvvəl 12 nəfərin öldüyü, 5 nəfərin isə itkin düşdüyü bildirilirdi.

Baş vermiş hadisə ilə bağlı Rusiya İstintaq Komitəsinin müvafiq orqanları tərəfindən səhlənkarlıq faktı üzrə cinayət işi açılıb və araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026