• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Jurnalistlərin ixtisaslaşması vacibdir”

CƏMİYYƏT

27 Aprel 2022 | 12:27

“Jurnalistlərin ixtisaslaşması vacibdir”

“Azərsu” ASC və Medianın İnkişafı Agentliyinin media nümayəndələri üçün “İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələr”mövzusunda birgə təşkil etdiyi təlim keçirilir.

Bakıvaxtı.az-ın məlumatına görə, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində “Azərsu” ASC-nin həyata keçirdiyi tədbirlər barədə mətbuat nümayəndələrinin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdən ibarətdir.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli kommunal sektorda, o cümlədən su təchizatı sahəsində jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb. O bildirib ki, təlimlər kütləvi informasiya vasitələri nümayəndələrinin bu sahə üzrə biliklərinin artırılmasını və gələcək fəaliyyətlərində ictimaiyyətə dolğun informasiyanın çatdırılmasına kömək göstərəcək.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026