• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Juninyonun “Sevilya”ya transferi bitmək üzrədir

İDMAN

29 Dekabr 2024 | 14:00

Juninyonun “Sevilya”ya transferi bitmək üzrədir

Olavio Juninyonun “Sevilya”ya transferi tamamlanmaq üzrədir. 

Bakıvaxtı.az xəbər verir ki, artıq İspaniya klubu ilə “Qarabağ” arasında razılıq əldə olunub.

Bu barədə İspaniyanın “Ficherio” saytı məlumat yayıb. Mənbənin yazdığına görə, braziliyalı hücumçunun La Liqa klubuna keçidi 3-3,5 milyon avroya başa gələcək. “Sevilya” Juninyonun transferi ilə bağlı “Qarabağ”la anlaşıb. Yalnız bəzi xırda detalların dəqiqləşməsi qalıb.

28 yaşlı forvardın “Sevilya”nın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də “Valensiya” ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı bildirilir.

Xatırladaq ki, “Qarabağ” Juninyonu ötən yay Portuqaliyanın “Çaveş” klubundan transfer edib. Hücumçu bu mövsüm Ağdam təmsilçisinin heyətində keçirdiyi 26 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026