• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İsraildə azan qadağan edildi

DÜNYA

03 Dekabr 2024 | 23:38 | Müəllif: Subhan Mahmudov

İsraildə azan qadağan edildi

Milli təhlükəsizlik naziri İtamar Ben Qvir İsrail polisinə məscidlərdə azanın səsgücləndiricilər vasitəsilə yayımlanmasını qadağan etməyi tapşırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.

Məlumata görə, yeni siyasət polisə məscidlərə girməyə və səsgücləndirici avadanlıqları müsadirə etməyə imkan verəcək. Azanın yüksək səslə oxunduğu məscidlər də cərimələnəcək.

Ultramillətçi nazir bu siyasəti təqdim etməkdən “qürur duyduğunu” deyib və bu siyasətin “İsrail sakinləri üçün təhlükəyə çevrilən məscidlərdən gələn əsassız səs-küyə” son qoyacağını vurğulayıb.

İsrailin müxalif siyasətçiləri isə bu qərarı etnik-milli ayrı-seçkilik yaradacağını, Ben Qvirin "ərəblərə qarşı nifrət və təqib üzərində baza qurduğunu" bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026