• Bakı 12° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İsmayıllıda ağır qəza: 2 ölü, 3 yaralı- YENİLƏNİB

HADİSƏ

31 Mart 2026 | 11:31

İsmayıllıda ağır qəza: 2 ölü, 3 yaralı- YENİLƏNİB

Bu gün saat 05:30 radələrində İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2 kişi, 1 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Məlumata görə, yaralılara bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

"Hadisə zamanı 2000-ci il və 2023-cü il (qadın) təvəllüdlü şəxslərin həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

***

10:11

İsmayıllıda ağır avtomobil qəzası baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb. 

Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı uşaq vəfat edib.

Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

30 Mart 2026