• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

İsa Rüstəmov 3 qızıl medal qazandı

İDMAN

18 Oktyabr 2022 | 20:28 | Müəllif: Subhan Mahmudov

İsa Rüstəmov 3 qızıl medal qazandı

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Albaniyanın Dürres şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 3 qızıl medal qazanıb.

Federasiyadan Bakıvaxtı.az-a verilən məlumata görə, 67 kq-da çıxış edən pəhləvan yaşı 23-dək olan idmançılar arasında qüvvəsinı sınayıb.

Birdən qaldırma hərəkətində 131 kq çəkinin öhdəsindən gələn atlet bütün rəqiblərini qabaqlayaraq, qızıl medala sahib çıxın.

Təkanla qaldırmada 162 kq-ı ram edən "Qartal" klubunun təmsilçisi bu hərəkətdə də birinci yeri tutub. Rüstəmov toplam 293 kq (131+162) nəticə göstərərək, yekun sıralamada da hamıdan güclü olub.

Qeyd edək ki, daha əvvəl Tehran Məmmədov Avropa birinciliyində 3 medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026