• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İraqda 3 türk hərbçi həlak olub

DÜNYA

26 Aprel 2022 | 18:58 | Müəllif: Subhan Mahmudov

İraqda 3 türk hərbçi həlak olub

Türkiyənin İraqın şimalında davam etdirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı çərçivəsində baş vermiş pusqu nəticəsində 3 türk hərbçi həlak olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, hücum nəticəsində hərbçilərdən biri həlak olub, 4 nəfər isə yaralanıb. Xəstəxanaya çatdırılan yaralılardan ikisi daha sonra dünyasını dəyişib.

Türkiyə Milli Müdafiə Nazirliyi bölgədə antiterror əməliyyatının davam etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026