İranda məcburi hicaba qarşı olan qadınların bank hesablarından cərimə çıxılacaq.
Bakıvaxtı.az “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bunu İranın Millət vəkili Əmirhüseyn Bankipur deyib.
Onun sözlərinə görə, kimsə məcburi hicaba qarşı çıxsa, 3 milyon tümən (121.57 dollar) cərimələnəcək və bu məbləğ birbaşa onların bank hesablarından çıxılacaq.
Qeyd edək ki, İranın daxili işlər naziri Əhməd Vəhidi yeni hicab qanunu ilə bağlı son açıqlamasında məcburi hicab qaydalarının pozulmasını cinayət adlandırmışdı.
Günəş Mərd
















