• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İran Ukraynadan təzminat tələb etdi

DÜNYA

28 Iyul 2026 | 23:23 | Müəllif: Subhan Mahmudov

İran Ukraynadan təzminat tələb etdi

İran xarici işlər naziri Abbas Arakçı ukraynalı həmkarı Andrey Sibiqa ilə apardığı telefon dabışığı barədə paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, Arakçı X hesabında İranın Ukraynadan təzminat tələb etdiyini yazıb.

"İran da eskalasiya istəmir, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirdim. İtkilərə görə təzminat ödənilməlidir", - Arakçı bildirib.

Qeyd edək ki, Ukrayna Rusiya və İran arasında silah daşınması ilə məşğul olan İran yük gəmisini Xəzər dənizində vurub. Nəticədə bir nəfər öıüb, 2 nəfər yaralanıb. İran buna kəskin etiraz edib və nəticəsi ilə bağlı Ukrraynanı hədələyib.

Bəzi mənbələr İranın Ukraynaya zərbəyə hazırlaşdığı haqda iddia da səsləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR