• Bakı 11° C

    4.54 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İran İsraildə kimya zavodunu vurdu

DÜNYA

29 Mart 2026 | 19:39

İran İsraildə kimya zavodunu vurdu

İran İsrailin Beer-Şeva şəhəri yaxınlığında yerləşən sənaye obyektinə zərbə endirib.

Bakıvaxtı.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, raket şəhərin sənaye zonasına düşüb.

Zərbə nəticəsində güclü yanğın baş verib. Bildirilir ki, Beer-Şevanın cənubunda yerləşən Neot-Hovav sənaye zonası İsrailin əsas kimya mərkəzlərindən biridir və ölkədə istehsal olunan kimyəvi məhsulların təxminən yarısı burada istehsal edilir.

"The Times of Israel" yazır ki, hadisə yerinə təcili yardım və xilasedici qruplar cəlb olunub. İlkin məlumata görə, xəsarət alan yoxdur.


SON XƏBƏRLƏR