İndoneziyanın Flores adası sahillərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İndoneziyanın Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəhbəri Suharyanto məlumat yayıb.
O, bildirib ki, daha 13 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Xilasedicilər sağ qalanları axtarmaq üçün dağıntıları araşdırmağa davam edirlər.
***10:54
İndoneziyanın Flores adası yaxınlığında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Bakıvaxtı.az AFP-yə istinadən xəbər verir ki, xilasedicilər dağıntılar altında sağ qalanları axtarmağa davam edirlər.
İndoneziyanın şərqindəki Flores adasının şimal sahillərində 7,7 bal gücündə zəlzələ baş verib. Xilasetmə xidmətlərinin məlumatına görə, dörd kənddə itkilər aşkarlanıb. Daha altı nəfər yaralanıb, iki nəfər isə hələ də dağıntılar altında qalıb.
Ən pis vəziyyət episentrə ən yaxın yerləşən Nagekeo qraflığındadır. Bir neçə yolu bağlayan sürüşmələr xilasetmə işlərini çətinləşdirir.
İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin məlumatına görə, əsas zəlzələdən sonra onlarla afterşok qeydə alınıb və bunlardan ən güclüsü 6,1 bal gücündə olub. Təsirə məruz qalan ərazilərdə dəniz səviyyəsinin monitorinqi davam edir.
***08:55
İndoneziya sahillərində 7,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
















