• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlham Əliyevlə Nikol Paşinyan görüşə bilər

DÜNYA

11 Aprel 2023 | 10:22

İlham Əliyevlə Nikol Paşinyan görüşə bilər

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanla arasında mayın ikinci yarısında baş tutmalı olan növbəti görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Past” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

“Vaşinqton platformasında danışıqların gələcəyi ilə bağlı tərəflərin yanaşmaları üst-üstə düşür. Görüşün təşəbbüskarı öz hərəkətlərində və problemə yanaşmalarında nəzərəçarpacaq dərəcədə fəal olan ABŞ-ın dövlət katibi Entoni Blinkendir”, - məlumatda deyilib.

Qeyd olunur ki, Avropa dairələri də görüş üçün fəallıq göstərir:

“Avropa Şurasının rəhbəri Şarl Mişel bu yaxınlarda Paşinyan və Əliyevlə iki ölkə arasındakı münasibətlər və danışıqlar prosesinin vəziyyəti ilə bağlı bir neçə telefon danışığı aparıb. Avropalılar qarşıdan gələn Ermənistan-Azərbaycan sammitinin onların himayəsi altında - yaxın həftələrdə Brüsseldə keçirilməsi üçün əllərindən gələni edirlər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026