• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İki ildir it bilirdi canavar çıxdı

CƏMİYYƏT

27 Noyabr 2026 | 16:48 | Müəllif: Günəş Mərd

İki ildir it bilirdi canavar çıxdı

İsveçrənin Bern şəhərində yerli sakinlərin iki il ərzində ev heyvanı kimi saxladıqları canavar müsadirə olunub. Sənədlərdə heyvan adi it kimi qeydiyyata alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nos” nəşri məlumat yayıb.

Noyabrın əvvəlində yerli baytarlıq xidmətinə vəhşi heyvanın qanunsuz idxal edilməsi ilə bağlı məlumat daxil olub. Mütəxəssislər genetik analiz apararaq heyvanın əslində canavar olduğunu müəyyən ediblər.

Yoxlama zamanı yırtıcının iki il yarım yaşı olub. Baytarlar onun saxlanıldığı şəraitin də müəyyən edilmiş tələblərə cavab vermədiyini aşkarlayıblar.

Məlum olub ki, heyvan sərhəddən keçirilərkən sahibləri onun üçün adi itin Avropa baytarlıq pasportundan istifadə ediblər. Hazırda İsveçrə gömrük orqanları canavarın mənşəyini araşdırır.

Canavar sahiblərindən alınaraq müvəqqəti olaraq xüsusi mərkəzə yerləşdirilib. Onun gələcək taleyi hələ müəyyənləşdirilməyib. Bununla belə, heyvanın yenidən vəhşi təbiətə buraxılması nəzərdə tutulmur.

Qorunan növə aid heyvanı qanunsuz idxal etdiklərinə görə sahibləri beş ilədək həbs cəzası ilə üzləşə bilərlər.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR