q
  • Bakı 16° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Hindistanda iki təyyarə toqquşdu

DÜNYA

17 Aprel 2026 | 09:49

Hindistanda iki təyyarə toqquşdu

Hindistanın "Akasa Air" və "SpiceJet" aviaşirkətlərinə məxsus iki təyyarə paytaxt Delhidəki İndira Qandi adına Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında toqquşub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, "SpiceJet" şirkətinin "Boeing 737-700" yerdə "Akasa Air" laynerinə toxunub. Hadisə nəticəsində hər iki hava gəmisinə zərər dəyib.

"SpiceJet" təyyarəsinin qanadı, "Akasa Air" təyyarəsinin isə gövdənin quyruq hissəsində sol stabilizatoru zədələnib.

Xəsarət alan olmayıb, sərnişinlər və ekipaj üzvləri təyyarələri təhlükəsiz şəkildə tərk ediblər. Hər iki təyyarə müvəqqəti olaraq istismardan çıxarılıb.


SON XƏBƏRLƏR

18 Aprel 2026