• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hindistan və ABŞ-ın təlimləri başa çatdı 

DÜNYA

01 Aprel 2024 | 10:33

Hindistan və ABŞ-ın təlimləri başa çatdı

Hindistan və ABŞ-ın “Tiger Triumf 24” təlimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu  barədə  Hindistan  Hərbi  Dəniz  Qüvvələrinin  qərargahından  bildirilib.

Təlim təbii fəlakətlər zamanı humanitar yardım və xilasetmə əməliyyatlarını həyata keçirmək üçün keçirilib.

Təlimlər martın 18-də Hindistanın cənub-şərq sahillərində başlayıb. Hindistan quru qüvvələrini bir batalyonunu, hava qüvvələrinin təyyarələrini və desant gəmilərin; ABŞ isə “Somerset” desant gəmisi dokunu, onun hava gəmisini və kəşfiyyat təyyarəsini təlimlərə cəlb edib.     

Təlimin dəniz fazası zamanı Hindistan və ABŞ hərbçiləri helikopter atışları həyata keçirib və birgə komanda mərkəzi və yardım və tibbi düşərgə yaradıblar.

Günəş Mərd

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026