• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb

DÜNYA

10 Dekabr 2025 | 21:23 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda ali məktəblərdə təhsil müddəti qısaldılıb

Gürcüstan parlamenti "Ali təhsil" haqqında Qanuna düzəlişləri üçüncü oxunuşda qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Yeni dəyişikliklərə əsasən, bakalavr dərəcəsi almaq üçün ali məktəblərdə təhsil müddəti dörd il əvəzinə üç il, magistr dərəcəsi almaq üçün isə iki il əvəzinə bir il olacaq. Bundan əlavə, doktoranturaya qəbul üçün hazırlıq məqsədilə əlavə bir il ayrılacaq.

Bununla yanaşı, Gürcüstan vətəndaşları dövlət universitetlərində bakalavr və magistratura səviyyəsində tamamilə pulsuz təhsil alacaqlar, lakin fakültələr üzrə kvotalar tətbiq olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026