• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstan Aİ-dən gözlədiyini ala bilmədi

DÜNYA

01 May 2023 | 18:30 | Müəllif: Subhan Mahmudov

Gürcüstan Aİ-dən gözlədiyini ala bilmədi

Gürcüstana Avropa İttifaqına (Aİ) namizədlik statusu verilməyib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb ölkə hakimiyyətinin Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi olub. Bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

“Gürcüstan hökuməti onlar üçün problemdir, çünki o, sanksiyalara qoşulmur, müharibəyə başlamır, ölkədə “ikinci cəbhə” açmır”, - deyə Kaladze qeyd edib.

Mer əlavə edib ki, hakimiyyət namizəd statusu almaq üçün Gürcüstana təqdim edilmiş 12 tövsiyənin icrası üzərində ciddi şəkildə işləyir.

Xatırladaq ki, aprelin 26-da Gürcüstan Baş naziri İrakli Qaribaşvili Avropa Komissiyasının bir qisim tövsiyələrini yerinə yetirdiyi üçün ölkənin 2023-cü ilin sonuna qədər Aİ-yə namizədlik statusu alacağına ümid etdiyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026