• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan Özbəkistandadır - YENİLƏNİB

DÜNYA

10 Noyabr 2022 | 15:45

Ərdoğan Özbəkistandadır - YENİLƏNİB

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının Səmərqənddə keçirilən Zirvə Toplantısında iştirak etmək üçün bu ölkəyə səfər edən Türkiyə Prezidenti Səmərqəndə çatıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Özbəkistan XİN başçısı Vladimir Norov "Twitter"də bildirib.

Prezident Ərdoğanı Səmərqənd beynəlxalq hava limanında Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmilər qarşılayıb.
 

11:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana gedib.

Bakıvaxtı.az xəbər verir ki, Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderlərinin Zirvə Görüşündə iştirak etmək üçün Səmərqəndə yollanıb.

Qeyd edək ki, TDT liderlərinin Zirvə Görüşü sabah keçiriləcək.

Səbuhi Elnur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026