• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan İrana səfərə yollanır

DÜNYA

16 Iyul 2022 | 19:08 | Müəllif: Subhan Mahmudov

Ərdoğan İrana səfərə yollanır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-da İrana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, elə həmin gün Türkiyə Prezidenti Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşəcək.

Prezidentlərin görüşündə müştərək ticarət həcminin artırılması çərçivəsində yeni yol xəritəsi haqqında danışıqlar aparılacaq.

Danışıqlarda həmçinin terrorizm və qeyri-qanuni miqrasiya ilə mübarizə müzakirə olunacaq.

İki ölkəni maraqlandıran təhlükəsizlik məsələlərində həmrəyliyin artırılması istiqamətində atılan addımlar da müzakirə olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026