• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan hərəkətə keçdi: Salmanla danışdı

DÜNYA

11 Oktyabr 2023 | 23:13 | Müəllif: Subhan Mahmudov

Ərdoğan hərəkətə keçdi: Salmanla danışdı

Türkiyə Fələstin-İsrail münaqişəsi zamanı zərər çəkmiş mülki şəxslərə yardımın çatdırılmasını təşkil etmək üçün işlərə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi, Krallığın Nazirlər Şurasının sədri Məhəmməd bin Salman ilə telefon danışığı zamanı deyib.

Danışıqlar zamanı Prezident Ərdoğan Türkiyənin terror hücumlarından zərər çəkmiş günahsız mülki şəxslərə kömək etmək üçün işə başladığını, mülki yaşayış məntəqələrinin bombalanmasının qəbuledilməz olduğunu və region ölkələrinin münaqişələrə son qoymaq üçün konstruktiv siqnallar verməsinin vacibliyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026