• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Emin Əmrullayev özbəkistanlı həmkarı ilə görüşüb

CƏMİYYƏT

25 Noyabr 2025 | 10:06

Emin Əmrullayev özbəkistanlı həmkarı ilə görüşüb

Özbəkistanın Daşkənd şəhərində “QS Avrasiya Forumu 2025” çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Ezozxon Karimova ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf istiqamətləri müzakirə olunub.


Tərəflər təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, həmçinin məktəbəqədər və ümumi təhsil sisteminin müasirləşdirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.


Emin Əmrullayev özbəkistanlı həmkarı ilə görüşübEmin Əmrullayev özbəkistanlı həmkarı ilə görüşüb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026