• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu tibb işçilərinin əməkhaqlarına əlavə uzadılıb... - Baş nazirdən QƏRAR

CƏMİYYƏT

09 Mart 2022 | 21:43 | Müəllif: Subhan Mahmudov

Bu tibb işçilərinin əməkhaqlarına əlavə uzadılıb... - Baş nazirdən QƏRAR

Koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavə martın 1-dək uzadılıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarda dəyişiklik edilib.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti martın 1-dək uzadılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026