• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Əhaliyə şad xəbər - BU GÜNDƏN...

CƏMİYYƏT

15 Noyabr 2024 | 09:05 | Müəllif: Əli Hüseynov

Əhaliyə şad xəbər - BU GÜNDƏN...

Bu gündən Azərbaycan ərazisində, o cümlədən Bakı şəhərində payız-qış mövsümü ilə əlaqədar istilik verilişinə başlanacaq.

Bakıvaxtı.az milli.az-a istinadla xəbər verir ki, cari mövsümdə "Azəristiliktəchizat" ASC tərəfindən Bakı şəhəri və respublikanın regionlarında balansında olan 553 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3278 yaşayış binasının, 184,500 minə yaxın mənzilin, 286 orta məktəbin, 158 uşaq bağçasının, 150 səhiyyə müəssisəsinin, 2600-a yaxın sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR