Amerikanın “Biofire” şirkəti martın sonunda ABŞ-də ilk “ağıllı tapança”nın tədarükünə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Məlumata görə, silahdan yalnız istifadəçi icazəsi alındıqdan sonra istifadə oluna bilər.
Cihaz üz və barmaq izinin tanınması texnologiyaları ilə təchiz olunacaq. İnvestorlar ayın sonunda ilk “ağıllı silahları” görə biləcəklər. Önümüzdəki aylarda minlərlə "Biofire" müştərisi də bu silahları ala biləcək.
Şirkətin baş direktoru və təsisçisi Kay Klopferin sözlərinə görə, 9 mm olan silah adi qiymətdən 2 dəfə baha - 1499 dollara başa gələcək. Bu texnologiya silahların uşaqların və cinayətkarların əlinə keçməsinin qarşısını almağa kömək edəcək.
Günəş Mərd
















