• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Duman bu yolu görünməz etdi

CƏMİYYƏT

11 Fevral 2026 | 19:51 | Müəllif: Subhan Mahmudov

Duman bu yolu görünməz etdi

Qar və buzdan sonra yolları qatı duman bürüyüb. Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində, Ağsu aşırımında, eləcə də Muğanlı–İsmayıllı yolunda qatı duman müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, iki saatdan artıqdır davam edən sıx duman səbəbindən avtomobillərin hərəkətində çətinlik yaranıb. Hazırda paytaxtdan şimal-qərb və Aran rayonlarına, eləcə də əks istiqamətdə hərəkət edən sürücülər üçün görmə məsafəsi xeyli azalıb. Bu səbəbdən nəqliyyat vasitələrinin sürəti saatda 40 kilometrdən yuxarı olmur.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, mövcud hava şəraiti ilə əlaqədar ərazidə yol-patrul xidməti əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır, hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026