“Asan İmza” mobil elektron imzanın istifadəsində problem yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı dövlət satınalmalarının vahid internet portalının operatoru Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti verib.
Məlumatda qeyd edilib ki, “ASAN İmza”da yaranmış texniki problemlə bağlı təkliflərin son təqdim olunma tarixi bu gün 16.00-a qədər olan müsabiqələrin son təqdim olunma 19.00-a qədər, zərflərin açılış tarixləri isə 26.07.2023 12:00-a qədər uzadılıb. Eyni zamanda təkliflərin son təqdim olunma tarixi bu günə təsadüf edən digər müsabiqələrin satınalan təşkilatlar tərəfindən ən azından bu günün sonuna qədər uzadılması tövsiyə olunur.
Qeyd edək ki, tenderdə iştirak etmək istəyən iddiaçılara “ASAN imza” vasitəsilə dövlət satınalmaları vahid internet portalına daxil olaraq tender haqqında ətraflı məlumat əldə etməsi təklif olunur.
Ramid İbrahimov
















