• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Dövlət satınalmaların qalibi ÖLKƏDƏN QANUNSUZ PUL ÇIXARIB 

CƏMİYYƏT

04 Noyabr 2022 | 13:49

Dövlət satınalmaların qalibi ÖLKƏDƏN QANUNSUZ PUL ÇIXARIB

Azərbaycanda böyük dövlət satınalmalarında qalib elan edilən “Bakı Otis Lift” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dövlət büdcəsinə 82 min manat borcu yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, 2020-2021-ci illər ərzində tenderlərdə 4,1 milyon manat qazanan şirkət barəsində Azərbaycan Mərkəzi Bankı (AMB) məhkəməyə müraciət edib.

AMB “Bakı Otis Lift” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Nəsimi Rayon Məhkəməsinə göndərib.

Bu maddə valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Qeyd edək ki, "Bakı Otis Lift" 2004-cü ildə təssis edilib. Qanuni təmsilçisi Emil Xəlilovdur. QSC Azərbaycanda böyük tenderlərin qalibi kimi bir çox layihələri icra edib.

Ramid İbrahimov

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026