• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

DİN Mingəçevirdəki  qəza ilə bağlı açıqlama yaydı

CƏMİYYƏT

17 Oktyabr 2022 | 11:02

DİN Mingəçevirdəki qəza ilə bağlı açıqlama yaydı

Mingəçevirdə iki piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, oktyabrın 15-də saat 10 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini A.Tağızadənin idarə etdiyi “KİA” və Yevlax rayon sakini H.Həmidlinin idarə etdiyi “VAZ-21014” markalı avtomobillər toqquşduqdan sonra “KİA” markalı avtomobil yolun kənarında gedən şəhər sakinləri Şamaxı Məmmədovanı və Xədicə Sultanovanı vurub. Nəticədə piyadalardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüblər.

Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026