• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİN-dən ƏMƏLİYYAT: 2 nəfər həbs edildi

HADİSƏ

04 Mart 2022 | 13:26

DİN-dən ƏMƏLİYYAT: 2 nəfər həbs edildi

Quba Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Elçin Hüseynov və İmişli rayon sakini Mehtixan Cəfərov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin  və “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026