• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçirilib - YENİLƏNİB

CƏMİYYƏT

03 Dekabr 2023 | 15:18 | Müəllif: Subhan Mahmudov

Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçirilib - YENİLƏNİB

Rəqəmsal SAT imtahanı 2023-cü il dekabrın 2-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.

Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, imtahanda 89 nəfər iştirak edib. Növbəti imtahanın 2024-cü il martın 9-da keçirilməsi nəzərdə tutulur.

Rəqəmsal SAT barədə DİM-in rəsmi internet səhifəsində ətraflı məlumat: https://dim.gov.az/news/10247/?sphrase_id=1322774

Rəqəmsal SAT barədə “College Board”un rəsmi internet səhifəsində ətraflı məlumat: https://satsuite.collegeboard.org/digital

Əlavə sual yarandığı halda qeyd olunan elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz: international@dim.gov.az

 

 

09:05

Dekabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir. İmtahan DİM-in Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (metronun “8 Noyabr” stansiyasının yanı) təşkil ediləcək. İştirakçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə gəlməlidirlər.

DİM-dən Bakıvaxtı.az-a bildirilib ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndiriləcək. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur.

Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. İxtisaslar üzrə proqramlar (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) DİM-in saytında yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026