• Bakı 19° C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

“Dərnəgül” taxta bazarında YANĞIN- VİDEO

HADİSƏ

12 Mart 2025 | 08:33 | Müəllif: Qalib İbrahimoğlu

“Dərnəgül” taxta bazarında YANĞIN- VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Dərnəgül” taxta bazarı adlanan ərazidə yanğın olub.

Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.

"112" qaynar telefon xəttinə “Dərnəgül” taxta bazarı adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı məntəqəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər satış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 140kv.m. sahədə taxta altlıqlar, 2 ədəd dəzgah, 6kv.m. sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və 6kv.m. sahədə satış köşkü yanıb.

Bazar ərazisində olan digər tikililər və materiallar yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026