• Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Dəhşətli qəzada xəsarət alan gənc öldü

HADİSƏ

06 Aprel 2024 | 13:30

Dəhşətli qəzada xəsarət alan gənc öldü

Aprelin 4-ü saat 21:52-də Nərimanov rayonu Heydər Əliyev prospektində baş vermiş ağır qəzada xəsarət alan şəxslərdən biri vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Vüsal Abdullazadə tibbi yardıma baxmayaraq, Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Qeyd edək ki, hadisə vaxtı 1999-cu il təvəllüdlü Behbud Hüseynlinin idarə etdiyi “Ford Fusion” markalı avtomobil “Koroğlu” metrosundan mərkəzə doğru hərəkətdə olarkən Fazil Abbasovun sürdüyü “VAZ” markalı avtomobilin arxa hissəsinə dəyib. Bu zaman “Ford” yolun ortasında olan baryerin üzərindən keçərək əks istiqamətdə hərəkətdə olan 1982-ci il təvəllüdlü Vəliyev Emin Rizvan oğlunun idarə etdiyi “Lexus GX-460” markalı avtomobilin ön hissəsi ilə toqquşub. Nəticədə B.Hüseynli, E.Vəliyev, F.Abbasov və onun sərnişini Abdullazadə Vüsal Şöhrət oğlu aldıqları xəsarətlərdən Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Nizami RPİ-nin İŞ-də cinayət işi başlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026