• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daxili uçuşların əksəriyyəti ləğv edildi

CƏMİYYƏT

04 May 2023 | 12:32

Daxili uçuşların əksəriyyəti ləğv edildi

Rusiya hökuməti regional uçuşlar həyata keçirən aviaşirkətlərə dövlət dəstəyini azaltdığı üçün daşıyıcılar əvvəlcədən planlaşdırılmış reysləri təxirə salmalı olublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, dövlət tərəfindən ayrılan subsidilar kəskin azaldılıb. Belə ki, ayrılan subsidiyalar 9 milyard rubldan 1.5-1.4 milyard rubla düşüb.

Mənbənin məlumatına görə, dəstəyin azalması dövlət büdcəsi xərclərinin sekvestrləşdirilməsi hesabına baş verib.

“Rosaviasiya” aviaşirkətlərin regional hakimiyyət orqanları ilə uçuşların müştərək maliyyələşdirilməsinə dair müqavilələr bağlamadığı marşrutları da proqramdan çıxarıb. Proqrama daxil olmayan marşrutların əksəriyyəti Omsk və Tümen vilayətləri, Tatarıstan, Sankt-Peterburq, Dağıstan və Şimali Osetiya istiqamətlərində həyata keçirilən reyslərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026