• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çin müharibəyə HAZIRLAŞIR

DÜNYA

07 Noyabr 2025 | 21:02 | Müəllif: Subhan Mahmudov

Çin müharibəyə HAZIRLAŞIR

Qərb kəşfiyyat xidmətləri Çinin 2026-cı ilin noyabrında Tayvana hərbi müdaxilə planlaşdırdığını istisna etmir.

Bakıvaxtı.az xəbər verir ki, Almaniyanın "Bild" nəşri yazır ki, bu ssenari ABŞ-da aralıq seçkilərdən sonra daxili qarışıqlıqlar yaranacağı təqdirdə reallaşa bilər.

Mənbələrin məlumatına görə, Pekin ABŞ-da, xüsusilə Donald Tramp və ya demokratlar tərəfindən seçki nəticələrinin mübahisələndirilməsi fonunda yaranacaq siyasi böhranı fürsət kimi qiymətləndirir.

Qərb kəşfiyyatının hesabatlarında bildirilir ki, Çin hazırda çoxlu sayda mülki bərəni hərbi məqsədlər üçün modernləşdirir və 2026-cı ilin sonuna qədər 70-dən çox iri bərənin inşasını planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026