• Bakı 17° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

ChatGPT çökdü

DÜNYA

01 Sentyabr 2026 | 00:02 | Müəllif: Günəş Mərd

ChatGPT çökdü

OpenAI şirkətinin ChatGPT çatbotunun fəaliyyətində qlobal miqyasda problemlər qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Downdetector” portalının məlumatında bildirilib.

Məlumata görə, nasazlıq Moskva vaxtı ilə saat 17:22 radələrində başlayıb. ABŞ, Almaniya, Braziliya, Böyük Britaniya, Hollandiya və bir sıra digər ölkələrdən olan istifadəçilər ChatGPT-nin işində fasilələr və xidmətə giriş problemləri barədə şikayətlər ediblər.

Bundan əlavə, bəzi istifadəçilər OpenAI-a məxsus “Codex” platformasının fəaliyyətində də problemlərin yarandığını bildiriblər.

Qeyd edək ki, son günlər müxtəlif onlayn xidmətlərdə də oxşar nasazlıqlar qeydə alınıb.

Murad


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026