• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cəlilabadda avtoxuliqan həbs edildi

CƏMİYYƏT

07 Sentyabr 2021 | 21:32 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda avtoxuliqan həbs edildi

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən avtoxuliqanlıq edən Cəlilabad rayon sakini R.Qəhrəmanov saxlanılıb.

İdarə etdiyi “VAZ 2106” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozan R.Qəhrəmanov barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

R.Qəhrəmanov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026