• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Cammuda torpaq sürüşməsi - 30 ölü

DÜNYA

27 Avqust 2025 | 10:32

Cammuda torpaq sürüşməsi - 30 ölü

Güclü yağış Cammuda torpaq sürüşməsinə səbəb olub, azı 30 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Sürüşmə zəvvarlar arasında məşhur olan Vayşno Devi ziyarətgahı yaxınlığında baş verib.

"Bölgədə rabitə ciddi şəkildə pozulub. Telekommunikasiya xidmətləri demək olar ki, yoxdur", - ərazinin baş naziri Ömər Abdullah bildirib.

Bir həftə əvvəl Kəşmir ərazisində yerləşən Kiştvarda əlverişsiz hava şəraiti səbəbindən 60 nəfər həlak olub, təxminən 200 nəfər itkin düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026