• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu rayonda qaz olmayacaq

CƏMİYYƏT

16 Noyabr 2022 | 16:03

Bu rayonda qaz olmayacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Beyləqan-Horadiz” yüksək təzyiqli magistral qaz kəmərinin 59,6-cı km-də “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd” avtomobil yoluna paralel yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı, 17.11.2022-ci il tarixdə saat 08:00-dan etibarən işlər başa çatanadək “Füzuli Diaqnostika”, “Füzuli-Horadiz” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması nəzərdə tutulur.

“Azəriqaz” İstehsalat Birliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, həmçinin “Əhmədbəyli” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttinin üzərində filtrin quraşdırılması ilə bağlı, 17.11.2022-ci il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək “Əhmədbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Füzuli rayonunun (Horadiz şəhəri, 22 kənd və 17 qəsəbə) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026