• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu qidalar koronavirusdan qoruyur

GÜNDƏM

11 Iyun 2021 | 00:04

Bu qidalar koronavirusdan qoruyur

ABŞ alimlərinin fikrincə, balıq və tərəvəzlərdən hazırlanan yeməklər koronavirus infeksiyasının inkişaf etməsi ehtimalını azaldır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “BMJ Nutrition, Prevention & Health” jurnalında yayımlanan məqalədə bildirilib.

Alimlər Fransa, Almaniya, İtaliya, İspaniya, İngiltərə və ABŞ-da çalışan 2884 həkim və tibb bacısı haqqında məlumatları analiz ediblər. Onlar 2020-ci ilin iyul-sentyabr aylarında keçirilən sorğu zamanı ötən il istehlak etdikləri qidalarla bağlı məlumatlar veriblər.

Məlum olub ki, bitki mənşəli, balıq və dəniz məhsulları ilə qidalananlar koronavirusa daha az yoluxublar. Alimlərin qənaətinə görə, bitki mənşəli yeməklər xüsusilə immun sistemi üçün vacib olan vitaminlər və minerallarla zəngindir. Dəniz məhsulları isə dərini və orqanları iltihabdan qoruyan D vitamini və Omeqa-3 yağ turşularına malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026