• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu qadını görənlərin NƏZƏRİNƏ!

CƏMİYYƏT

15 Noyabr 2024 | 23:06 | Müəllif: Subhan Mahmudov

Bu qadını görənlərin NƏZƏRİNƏ!

Ağstafada 41 yaşlı qadın itkin düşüb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, Ağstafa rayonunun Poylu kənd sakini, 1983-cü il təvəllüdlü Leyla Mürşüd qızı Əlləzova yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 147 sm, qara saçlı, gözlərinin rəngi şabalıdı, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qara rəngli şalvar, ağ rəngli köynək, tünd qəhvəyi gödəkçə, qara rəngli ayaqqabı olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Ağstafa Rayon Polis Şöbəsinin (022) 225-25-52 şəhər və 050-557-57-82 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026