• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq - AAYDA

CƏMİYYƏT

30 Iyul 2024 | 14:20 | Müəllif: Əli Hüseynov

Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq - AAYDA

Bakının Zərifə Əliyeva küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

Bu barədə Bakıvaxtı.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Bildirilib ki, iyulun 31-də saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026