• Bakı 12° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu il Bakıda neçə məktəb direktoru İŞDƏN ÇIXARILIB?

CƏMİYYƏT

28 Dekabr 2021 | 16:55 | Müəllif: Qalib İbrahimoğlu

Bu il Bakıda neçə məktəb direktoru İŞDƏN ÇIXARILIB?

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.

İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə.  2021-ci təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 33 nəfər direktor vəzifəsinə işə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib.
117 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 42 direktorla müddətli əmək müqaviləsi bağlanıb. Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.

Ümumilikdə 25 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026