• Bakı 26° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu halda kranla görülən bütün işlər dayandırılacaq

CƏMİYYƏT

14 Sentyabr 2026 | 11:48 | Müəllif: Əli Hüseynov

Bu halda kranla görülən bütün işlər dayandırılacaq

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması ilə bağlı qanuna dəyişiklik olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. 

Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq. Bu, nəzərə alınmaqla, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda istismar olunan kranlarla görülən bütün növ işlər dayandırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026