• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Bu, əsl cinayətdir" - POLİTOLOQ

SİYASƏT

26 Avqust 2021 | 14:41

"Bu, əsl cinayətdir" - POLİTOLOQ

“Azərbaycan hərbçisi hərbi hissəni qanunsuz tərk etsə də, cinayət törətməyib, öz ərazisində hərəkət edib, onu isə öz torpağında olduğuna görə separatçılar həbs ediblər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

“Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, hərbçimiz Babayev Cəmil hospitalı özbaşına tərk edib və buna görə onun haqqında cinayət işi başlanıb, araşdırma aparılır. Müdafiə Nazirlyinin sonrakı cümləsində isə yazılır ki, “hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib”” – deyə, politoloq qeyd edib.

O, bildirib ki, birinci cümlədə “araşdırılma aparılır” sözləriylə kifayətlənmək olardı: “Çünki bu bəyanatı düşmənlərimiz də oxuyacaq. “Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazi” cümləsinə Xarici İşlər Nazirliyinin daima doğru işlətdiyi “müvəqqəti” sözü əlavə olunmalı idi. Ən başlıcası isə Müdafiə Nazirliyinin açıqlamasında hərbçimizin qeyd-şərtsiz geri qaytarılması tələb olunmalıydı. Azərbaycan hərbçisi hərbi hissəni qanunsuz tərk etsə də, cinayət törətməyib, öz ərazisində hərəkət edib, onu isə öz torpağında olduğuna görə separatçılar həbs ediblər. Əsl cinayət budur”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026