• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu ərazilərdə işıq olmayacaq

CƏMİYYƏT

15 Sentyabr 2026 | 01:35 | Müəllif: Qalib İbrahimoğlu

Bu ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 15-də Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 09:00-dan 11:00-dək Heydər Əliyev prospekti, Nəbi Xəzri, Ruhulla Axundov, Məhəmməd Əmin Rəsulzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yasamal RETSİ-nə daxil olan Rahib Tağıyev, Vasif Əliyev, Nazim Hikmət, Məhəmməd Xiyabani, Çuxursəd küçələrinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026