• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Borrell açıqladı: Azərbaycan və Ermənistan sərhədində...

SİYASƏT

13 Dekabr 2022 | 00:33 | Müəllif: Subhan Mahmudov

Borrell açıqladı: Azərbaycan və Ermənistan sərhədində...

Ermənistan-Azərbaycan sərhədindəki Aİ missiyasının fəaliyyəti dekabrın 19-da başa çatacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə keçirilən brifinqdə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Onun sözlərinə görə, oktyabrda yaradılmış missiya effektivliyini göstərib:

“Lakin missiya həm Ermənistan, həm də Azərbaycanla razılaşmalara uyğun olaraq dekabrın 19-da öz işini başa çatdıracaq”.

"Buna baxmayaraq, Ermənistan və Azərbaycan arasında dialoqda vasitəçi kimi nüfuzumuzu qorumaq üçün biz gələn il mümkün mülki missiyaları müzakirə etmək məqsədilə Ermənistana nümayəndələr qrupu göndərəcəyik", - J.Borrell vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026