• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Borrell: AB-nin vahid ordusuna ehtiyac yoxdur!

DÜNYA

29 Avqust 2022 | 00:21 | Müəllif: Subhan Mahmudov

Borrell: AB-nin vahid ordusuna ehtiyac yoxdur!

AB-nin birgə ordusunun yaradılmasına ehtiyac yoxdur. 

Bakıvaxtı.az xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrel deyib.

"27 ordudan heç biri tək bir Avropa qüvvəsi ilə əvəz edilə bilməz. Biz sadəcə olaraq qüvvələrimizi birləşdirməliyik, daha yaxşı koordinasiya etməliyik və təhlükəsizliyə sərmayə qoymalıyıq", - o bildirib.

Borrell qeyd edib ki, indi AB müdafiəyə Çin qədər, Rusiyadan isə dörd dəfə çox xərcləyir:

"Lakin borc böhranı və silahsızlanma səbəbindən mövcud çağırışlara cavab verə bilmir. AB hərbi baxımdan deyil, iqtisadi və mənəvi baxımdan fövqəlgüc adlandırıla bilər. Dünya daha təhlükəli bir yerə çevrilib. AB üzvləri bilməlidirlər ki, lazım gələrsə, özümüzü qorumalıyıq və bunun üçün bizə alətlər lazımdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026