• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Boçorişvili Rubio ilə görüşdə Gürcüstanın planlarından bəhs edib

DÜNYA

10 Fevral 2026 | 19:54 | Müəllif: Subhan Mahmudov

Boçorişvili Rubio ilə görüşdə Gürcüstanın planlarından bəhs edib

Gürcüstan ABŞ-nin yeni administrasiyasının gündəliyində prioritetə çevrilmək istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ dövlət katibi Marko Rubio ilə keçirdiyi görüş zamanı deyib.

Nazirin sözlərinə görə, bu görüş ABŞ-nin yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli münasibətlərin müzakirəsi üçün vacib platforma olub və yaxın dövrdə Gürcüstan–ABŞ əlaqələrində daha çox aydınlıq yaranacaq.

Maka Boçorişvili bildirib ki, Gürcüstanla ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi və bu əlaqələrə yeni yanaşmaların tətbiqi məsələsində tərəflərin mövqeləri üst-üstə düşür./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026