“Bitcoin”in qiyməti 90 min dollardan aşağı düşüb.
Bakıvaxtı.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 11:25-də “CoinMarketCap” platformasında 89 626 ABŞ dollarına enib. Son sutkada "Bitcoin" 6,55% ucuzlaşıb.
Bitcoin ilə yanaşı, "Ethereum", "Solana" və "XRP" kimi altcoinlər də son 24 saat ərzində 12%-dən 16%-ə qədər dəyər itirib.
Qeyd edək ki, “Bitcoin”in qiyməti yanvarın 13-dən bəri ilk dəfə 90 min dollardan aşağı enib.



jpg-1743057058.webp)
jpg-1743053454.webp)








jpg-1742973952.webp)


